Bu gündən ölkədə hava şəraiti dəyişəcək - PROQNOZ
Sinoptiklərin məlumatına görə, fevralın 15-17-də Gürcüstanda yağışlı hava şəraiti gözlənilir.
InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi fevralın 15-17-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Tbilisidə az yağış yağacağı gözlənilir. Fevralın 15-16-da havanın temperaturu gündüz +12, +14 dərəcə, fevralın 17-də isə +5, +7 dərəcəyə olacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) bəzi yerlərdə yağış yağacaq. Fevralın 15-16-da havanın temperaturu gün ərzində +12, +14 dərəcə, fevralın 17-də isə +6, +8 dərəcə olacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro) bəzi yerlərdə yağış yağacaq. Fevralın 15-16-da havanın temperaturu gündüz +12, +14 dərəcə, fevralın 17-də isə +5, +7 dərəcə olacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) bəzi yerlərdə qar yağacaq. Havanın temperaturu +3, +5 dərəcə təşkil edəcək.


