14 
Fev
2024
18:49
254

Aİ Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır

Avropa İttifaqı Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.
 

InterPress.ge xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat verib.

Nəşrin yazdığına görə, buna səbəb Ukraynaya qarşı müharibədə istifadə olunmaq üçün Rusiyaya raketlərin verilməsidir. 

Qurumun əldə etdiyi sənədlərə əsasən, Avropa İttifaqı Şimali Koreyanın müdafiə naziri və ölkənin ballistik raket proqramına nəzarət edən hökumət orqanı olan Şimali Koreyanın Raket Administrasiyasına sanksiya tətbiq etməyi planlaşdırır.

Sənəddə deyilir: “Şimali Koreya tərəfindən hazırlanmış və istehsal olunan ballistik raketlər Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı istifadə edilib.

Həmçinin, silah istehsalı və alınması ilə məşğul olan onlarla şəxs və təşkilata qarşı sanksiyalar tətbiq oluna bilər. Avropa Birliyinin bu tədbirləri daha bir neçə Rusiya rəsmisinə təsir edə bilər.

Bloomberg-in məlumatına görə, Aİ Rusiyanı qadağan olunmuş texnologiya və elektronika ilə təchiz edən Çin və Hindistan şirkətlərinə də ixrac məhdudiyyətləri qoymağı planlaşdırır.

Qeyd edək ki, Avropa İttifaqı hazırda 13-cü sanksiyalar paketinin təsdiqi üzərində işləyir.

Bizimlə əlaqə saxlayın