14 
Fev
2024
12:55
403

Polis əməkdaşları dələduzluq ittihamı ilə dörd nəfəri saxlayıblar

Daxili İşlər Nazirliyinin əməkdaşları hakimin qərarı ilə 4 nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Dələduzluğa görə saxlanılıblar: 1973-cü il təvəllüdlü Ş.X., 1999-cu il təvəllüdlü A.O., 1997-ci il təvəllüdlü L.B. və 1993-cü il təvəllüdlü M.Q.

Cinayət 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Araşdırma zamanı məlum olub ki, Tbilisidəki restoranlardan birinin meneceri öz işçisi ilə birgə saxtakarlıq sxemi hazırlayıb. Xüsusilə, həmin qadınlar proqramlardan biri vasitəsilə Gürcüstanda turist olan əcnəbi kişilərlə əlaqə saxlayıblar və onları əvvəlcədən hazırlanmış saxtakarlıq sxemi ilə restorana dəvət ediblər. Bundan sonra cinayətkar qrupun üzvləri sifariş etdikləri xidmətlərə görə onlardan külli miqdarda pul tələb ediblər.

Zərərçəkmişlər təqsirləndirilən şəxslərin qeyd etdikləri məbləği ödəmədiyi halda onlara psixoloji təzyiq göstəriblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci və 4-cü hissələri ilə aparılır.

 

Bizimlə əlaqə saxlayın