12 
Fev
2024
13:10
963

Sinoptiklər açıqladı - Bu tarixdən hava dəyişəcək

Fevralın 13-14-də Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti olacaq. Gün ərzində havanın temperaturu düzənliklərdə və aran bölgələrində +20, +25 dərəcəyədək yüksələcək, fevralın 15-dən isə yağıntılı hava gözlənilir, ona görə də havanın temperaturu da aşağı düşəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Fevralın 13-14-də Tbilisidə havanın isti və yağmursuz keçəcəyi, fevralın 15-də isə bir qədər yağış yağacağı gözlənilir. Havanın temperaturu fevralın 13-14-də gündüz +20, +22, fevralın 15-də isə +15, +17 dərəcə isti təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): 13-14 fevralda hava isti, yağmursuz keçəcək. Havanın temperaturu gündüz +21, +23 dərəcə isti olacaq, fevralın 15-də isə bəzi yerlərdə yağış yağacağı, temperaturun aşağı düşəcəyi gözlənilir.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): isti və yağmursuz hava gözlənilir. Fevralın 13-14-də havanın temperaturu +21, +23 dərəcə təşkil edəcək. Fevralın 15-də bəzi yerlərdə az yağış yağacağı, havanın temperaturunun aşağı düşəcəyi ehtimalı var.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): fevralın 13-14-də hava nisbətən isti, yağmursuz keçəcək. Havanın temperaturu gün ərzində +10, +12 dərəcə isti təşkil edəcək, fevralın 15-də isə bəzi yerlərdə qar yağacağı, temperaturun aşağı düşəcəyi gözlənilir.

Bizimlə əlaqə saxlayın