12 
Fev
2024
10:42
289

Polis Tbilisidə iki nəfəri qəsdən adam öldürməkdə ittiham edərək saxlayıb

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş iki nəfər qardaşlar: 1987-ci il təvəllüdlü E.B. və 1985-ci il təvəllüdlü K.Q. saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qurumun məlumatına görə, onlar qrup halında törədilən qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah almaq, saxlamaq və gəzdirməkdə ittiham olunurlar. Cinayət 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər bu il fevralın 11-də Tbilisidə tanışı - 1977-ci il təvəllüdlü F.K.-nı aralarında fikir ayrılığı zəminində öz evinin yaxınlığında əvvəlcə döyüblər,  sonra isə ov tüfəngindən atəş açaraq öldürüblər və hadisə yerindən qaçaraq gizləniblər.

Təqsirləndirilən şəxslər isti izlərlə saxlanılıb. Polis cinayətin silahını - mişarlanmış ov tüfəngini sübut kimi götürüb.

Cinayət Məcəlləsinin 109-cu maddəsinin “i” bəndi və 236-cı maddəsinin 6-cı hissəsinin "a" bəndi ilə qrup tərəfindən qəsdən adam öldürmə və qrup tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə-saxlama-daşıma faktları üzrə araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın