Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Tbilisidə gənc oğlan güllələnib

885
Tbilisidə gənc oğlan güllələnib
Dinləmək üçün basın

Tbilisidə qətl hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki,Avlabaridə gəncin küçədə bir neçə dəfə güllələndiyi iddia edilir.

Məlumata görə, o, yerindəcə dünyasını dəyişib. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları, məhkəmə-tibb ekspertləri və kinoloji ekspertlər işləyir.

Təqsirkar olduğu iddia edilən şəxsin hələ saxlanılmadığı məlum olub. Hadisə şahidləri cinayəti törətdiyi iddia edilən şəxsin gizləndiyini deyir.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, cinayət məcəlləsinin 108 və 236-cı (qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə istintaqa başlanılıb.

Hələlik əlavə təfərrüatlar məlum deyil.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →