Gürcüstana külli miqdarda “kokain” gətirməyə cəhd edən Türkiyə vətəndaşı saxlanılıb
“Sarp” gömrük-keçid məntəqəsində gömrükçülər birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə olan “kokain”in Gürcüstan ərazisinə qanunsuz gətirilməsinə cəhd faktının qarşısını alıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb
Qurmun məlumatına görə, Türkiyə vətəndaşı 100,22 qram “kokain” gətirməyə cəhd edib.
“Türkiyə vətəndaşı, Sarp gömrük-keçid məntəqəsinin nəzarət zonasına daxil olub. Adıçəkilən vətəndaşın yoxlanılması nəticəsində bir bağlamaya yığılmış 100,22 qram “kokain” aşkar edilib. İş materialları əlavə cavab verilməsi üçün Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq bölməsinə təhvil verilib”, - məlumatda deyilir.