09 
Fev
2024
13:16
638

Fevralın 15-dək gözlənilən hava şəraiti açıqlandı - Temperatur yüksələcək

Fevralın 15-dək Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti davam edəcək. Gün ərzində havanın temperaturu düzənliklərdə və aran bölgələrində +17, +22 dərəcəyədək yüksələcək 

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb 

Sinoptiklərin məlumatına görə, Tbilisi şəhərində hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +16, +18 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): nisbətən isti və yağmursuz hava gözlənilir. Havanın temperaturu gündüz +16, +18 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): nisbətən isti və yağmursuz hava gözlənilir. Havanın temperaturu gündüz +16, +18 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +6, +8 dərəcə təşkil edəcək.

Bizimlə əlaqə saxlayın