09 
Fev
2024
12:20
417

Gürcüstanda neçə nəfərin pensiya aldığı açıqlandı

2023-cü ildə Gürcüstanda pensiyaçıların sayı təxminən 838 min nəfər olub ki, bu da rekord göstəricidir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat verib.

Bundan əlavə, Tbilisidə 254 min, İmeretidə 132 min, Sameqrelo-Zemo Svanetidə 88 min, Kvemo Kartlidə isə 83 min nəfər pensiya alır.

2012-ci ildən 2023-cü ilə qədər olan statistikaya nəzər salsaq, pensiyaçıların sayında hər il artım müşahidə olunur.

Son illərdə pensiyaçıların sayı aşağıdakı kimi görünür:

2023 - 838 097 nəfər

 2022 - 808 326 nəfər

 2021 - 793 751 nəfər

 2020 - 783 705 nəfər

 2019 - 762 621 nəfər

 2018 - 745 001 nəfər

 2016 - 720 194 nəfər

 2015 - 707 709 nəfər

 2014 - 697 240 nəfər

 2013 - 686 675 nəfər

 2012 - 682 886 nəfər

Bizimlə əlaqə saxlayın