
Parlament hökumətin yenilənmiş tərkibini təsdiqlədi - SİYAHI
Parlament hökumətin yenilənmiş tərkibinə etimad bildirib.
InterPress.ge xəbər verir ki, 10 səs əleyhinə olmaqla 84 səslə İrakli Kobaxidzenin rəhbərlik edəcəyi Nazirlər Kabineti təsdiq edilib.
Baş nazirdən başqa, yalnız Müdafiə Nazirliyində dəyişiklik edilib - İrakli Çikovani Müdafiə naziri postunda Xuanşer Burçuladzeni əvəzləyib.
Yeni hökümət aşağıdakı tərkibdə təsdiq edilib:
Baş nazir - İrakli Kobaxidze;
Təhsil, elm və gənclər naziri - Qiorqi Amilaxvari;
Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri - Otar Şamuqiya;
İqtisadiyyat və davamlı inkişaf naziri - Levan Davitaşvili;
Müdafiə naziri - İrakli Çikovani;
Ədliyyə naziri - Rati Breqadze;
Mədəniyyət və idman naziri - Tea Tsulukiani;
İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri - Zurab Azaraşvili;
Regional inkişaf və infrastruktur naziri - İrakli Karseladze;
Xarici işlər naziri - İliya Darçiaşvili;
Maliyyə naziri - Laşa Xutişvili;
Daxili işlər naziri - Vaxtanq Qomelauri;
Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri - Tea Axvlediani.
Sonda sessiya Gürcüstanın dövlət himninin səsləndirilməsi ilə bağlanıb.