07 
Fev
2024
23:50
114

“Mən problemləri aradan qaldırmaq üçün baş nazir olmaq fikrindəyəm”-Kobaxidze

"O ki qaldı mən niyə baş nazir olmaq istəyirəm? - Problemləri aradan qaldırmaq üçün"

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş nazirliyinə namizəd İrakli Kobaxidze parlament müxalifəti formatında hökumətə etimad göstərilməsi məsələsinin müzakirəsində belə deyib.

İrakli Kobaxidzenin sözlərinə görə, qiymət artımının dayandırılması hökumət üçün mühüm çağırışdır və buna xüsusi diqqət yetiriləcək.

“İnhisarçılıq mühüm məsələdir, iş lazımdır. Müxtəlif sahələrdə, xüsusən də qiymətləri aşağı salmaq üçün Gürcüstan hökuməti bu məsələlərlə bağlı fəal iş aparıb, baxmayaraq ki, problemlər hələ də qalmaqdadır. Biz inhisarçılığın iqtisadiyyatımızın inkişafına mane olmamasına, süni qiymət artımının baş verməməsinə xüsusi diqqət yetirəcəyik. Bu, çağırışdır və ona diqqət lazımdır”, - deyə İrakli Kobaxidze bildirib.

Ölkədəki problemlərdən danışan baş nazirliyə namizəd Kobaxidze miqrasiyanın mənfi balansına diqqət çəkib.

İrakli Kobaxidzenin fikrincə, əgər hər hansı bir yerdə xüsusi çətinliklərimiz varsa, bu, ilk növbədə demoqrafiyadır və bu, Gürcüstan hökumətinin xüsusi diqqətinə ehtiyac duyur.

“İnsanların Gürcüstandan qaçmasına gəlincə demoqrafik baxımdan bizim ciddi çətinliklərimiz var. Nə miqrasiya, nə doğum, nə nikah-boşanma nisbəti bizi qane etmir. Rəqəmlərə, statistikaya baxsanız, görərsiniz ki, çox ciddi problemlər var. Əgər hardasa xüsusi çətinliklərimiz varsa, ilk növbədə, bu, bizdən, Gürcüstan hökumətindən xüsusi diqqət tələb edən demoqrafiyadır.

Bizimlə əlaqə saxlayın