07 
Fev
2024
20:25
251

Vitse-spiker Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini dəyərləndirib

Bu gün Azərbaycan vətəndaşları üçün tarixi və əhəmiyyətli gündür.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə Bakıya gedən nümayəndə heyətinin rəhbəri Arçil Talakvadze mətbuat konfransında deyib.

O bildirib ki, bu gün həmkarları birlikdə Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə ediblər: "Hər şeydən əvvəl qonaqpərvərliyə görə təşəkkür edirik. Seçki məntəqələrində olan ab-hava çox yaxşı idi. Seçicilər sərbəst səs verirdilər. Media nümayəndələri işlərini lazımi qaydada icra etdilər. Yüksək fəallıq müşahidə edildi. Seçicilər seçki hüququndan yüksək səviyyədə istifadə edirdilər. Seçki prosesində çox effektiv və səmərəli iş həyata keçirilib".

"Seçicilər də söyləyib ki, onlar tarixi gün yaşayıblar. Uzun müddətdən sonra bütöv Azərbaycan ərazisində vətəndaşlar seçki hüququndan istifadə etdilər. Bunun özü də tarixi hadisədir. Azərbaycan daha da inkişaf edəcək", - A.Talakvadze vurğulayıb.

Bizimlə əlaqə saxlayın