07 
Fev
2024
18:14
398

İrakli Kobaxidze: “Dövlət səhiyyə proqramlarının maliyyələşdirilməsi tədricən artacaq“

Dövlət səhiyyə proqramlarının maliyyələşdirilməsi tədricən artacaq.

InterPress.ge xəbər verir ki, bu barədə İrakli Kobaxidze bildirib.

"Səhiyyə ölkəmiz və əhalimiz üçün ən vacib sahədir. Əsas nailiyyətlərimizdən biri universal səhiyyə proqramıdır və təbiidir ki, əhalinin hərtərəfli əhatəsi bu proqramla davam edəcək. Eyni zamanda, səhiyyənin mühafizəsi üzrə dövlət proqramlarının maliyyələşdirilməsi mərhələli şəkildə artırılacaq"-Kobaxidze müxalifətlə görüşündə bildirib.

Kobaxidzenin sözlərinə görə, milli psixi sağlamlıq strategiyasının vəzifələri təmin ediləcək.

“Hədəf qruplarının həyati əhəmiyyətli dərmanlarla təminatı davam etdiriləcək. Onkoloji diaqnozu qoyulmuş uşaqların xaricdə müalicə proqramı davam etdiriləcək. Gürcüstan və əcnəbi həkimlərin əməkdaşlığı ilə ölkədə onkoloji xəstəliklərin müalicəsinin ən müasir üsulları tətbiq ediləcək. Kənd yerlərində dövlətə məxsus prioritet stasionar müəssisələrin və ambulatoriyaların tikintisi, bərpası və təchizi davam etdiriləcək, ilkin səhiyyə sisteminin gücləndirilməsinə də diqqət yetiriləcək”, - Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın