07 
Fev
2024
16:31
242

Qudauri-Kobi hissəsində avtomobillərin hərəkəti bərpa edilib

Təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stephantsminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsində yüngül avtomobillərin hərəkəti bərpa olunub, yollar buz bağladığına görə qoşqu və yarımqoşquların hərəkəti isə hələ də qadağandır.

InterPress.ge xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamenti məlumat yayıb.

Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, Mleta-Qudauri və Qudauri (post)-Kobi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, Qudauri (post)-Kobi hissəsində isə yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.

Qeyd olunan rejimdə avtomobillərin hərəkəti patrul polisinin bilavasitə nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın