Xilasedicilər Bağdatidə təbii fəlakət bölgəsindən daha bir cəsəd aşkar ediblər.
InterPress.ge-nin məlumatına görə, sürüşmə nəticəsində ölənlərin sayı 4-ə yüksəlib, 5 nəfər axtarılır.
"İmereti bölgəsində yağan güclü leysan nəticəsində torpaq sürüşməsi baş verib, nəticədə 4 yaşayış evi torpaq altında qalıb. Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Bir neçə saatdır ki, fövqəladə rejimdə işləyirlər.
Bağdati bələdiyyəsinin Nerqeeti kəndində həyata keçirilən axtarış-xilasetmə əməliyyatı çərçivəsində 1 nəfər vətəndaş xilas edilərək təhlükəsiz əraziyə aparılıb”, - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
