17 
Fev
2020
10:55
1192

Gürcüstanda ağır yol qəzası baş verib, 7 nəfər xəsarət alıb - Onlardan üçü yeniyetmədir

Axalçixe şəhərində ağır yol qəzası baş verib, üç yeniyetmə yaralanıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Rustavi 2 televiziya şirkəti yayıb.

Qəza 16 fevral tarixində günortadan sonra baş verib. Yolda iki minik avtomobili toqquşub.

Yerli media agentliyinin verdiyi məlumata görə, qəzada yeddi nəfər xəsarət alıb, onlardan üçü azyaşlıdır. Yaralılar Axaltsixe İmedi klinikasına yerləşdirilib.

Xəstəxanada bildirilib ki, xəstələrdən birinin vəziyyəti ağırdır - 8 yaşlı qız ağır baş xəsarəti alıb. Təcili yardım qrupu onu İaşvili Tbilisi Uşaq Mərkəzi Xəstəxanasına aparıb.

Digər zərərçəkənlərin, o cümlədən iki azyaşlı uşağın vəziyyəti stabildir.

Hadisə ilə bağlı istintaq başlanılıb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasını və ya nəqliyyat vasitələrinin istismarını nəzərdə tutan 276-cı maddəsi ilə başlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən il ölkə daxilində baş verən yol qəzalarında 480-dən çox insan həyatını itirib, onlardan 18-i uşaqdır. Gürcüstanda avtomobil qəzalarının ən çox yayılmış səbəbləri düz xəttdə qaydanı pozma və ya ötmə qaydalarının pozulması olub.

Bizimlə əlaqə saxlayın