06 
Fev
2024
14:17
465

Acarıstanda qar uçqunu nəticəsində iki nəfər ölüb

Acarıstanda təbii fəlakət nəticəsində iki nəfər ölüb.

InterPress.ge xəbər verir ki, Xulo bələdiyyəsinin Txilvana kəndində qar uçqunu baş verib və nəticədə 1 nəfər ölüb, digəri isə təhlükəsiz əraziyə aparılıb.

Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin Kedi rayon şöbəsinin kiçik inspektoru Temur Baramidze Kedi bələdiyyəsinin Tsaniaris kəndində torpaq sürüşməsi nəticəsində ölüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə yerində Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin nümayəndələri iştirak edir, müvafiq texnikalar səfərbər olunub və aktiv iş rejimində işlər aparılır.

Qərbi Gürcüstanın bir sıra digər regionlarında da təbii fəlakət var və DİN-in bölmələri hadisə yerinə səfərbər olunub.

Bizimlə əlaqə saxlayın