Aİ Şurası və Avropa Parlamenti Ukraynaya 50 milyard avro ayrılması üçün ilkin şərtləri razılaşdırıb
Avropa İttifaqı Şurası və Avropa Parlamenti Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsini dəstəkləmək və onun Avropa İttifaqına daxil olmasını dəstəkləmək üçün yeni, vahid, xüsusi alətin yaradılması haqqında ilkin razılığa gəliblər, fondun ümumi büdcəsi 50 milyard avro təşkil edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, Ukrayna Mexanizmi AB-nin ölkəyə büdcə dəstəyini 2024-2027-ci illərdə Ukraynaya ardıcıl, proqnozlaşdırıla bilən və çevik dəstək verəcək vahid alətdə birləşdirəcək.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa İttifaqının ödənişlərə mart ayında başlamağı planlaşdırdığını bildirib.
“Ukrayna üçün 50 milyard avro ayrılması ilə bağlı siyasi razılaşma irəliyə doğru mühüm addımdır. Avropa sözünün üstündədir. Biz cəsur tərəfdaşımız və üzvlük namizədimiz üçün çox ehtiyac duyulan maliyyəni təmin etməyə davam edəcəyik. Məqsədimiz ödənişlərə mart ayında başlamaqdır”, – Ursula fon der Leyen X sosial şəbəkəsində yazıb.


