Gürcüstan parlamenti əlavə təhlükəsizlik tədbirləri ilə bağlı bəyanat yayıb.
InterPress.ge xəbər verir ki, bu il fevralın 5-8-də Gürcüstan parlamentinin komitə, fraksiya və plenar iclasında Gürcüstan hökumətinə etimad məsələsi müzakirə ediləcək, fevralın 6-da isə Gürcüstan prezidentinin illik hesabatı dinləniləcək.
Parlament Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq - ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılır. Məhdudiyyət media nümayəndələrinə şamil edilməyəcək.
Qeyd edilib ki, sözügedən tədbirin keçirilməsində məqsəd Gürcüstan Parlament Sarayında təhlükəsiz və iş mühitin təmin edilməsidir.
