03 
Fev
2024
16:47
374

Bu il hökumət 500 milyon lariyə qədər kreditləri subsidiyalamağı və 400-dən çox layihəni dəstəkləməyi planlaşdırır

Bu il hökumət 500 milyon lariyə qədər kreditləri subsidiyalamağı və 400-dən çox layihəni dəstəkləməyi planlaşdırır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinə təqdim edilən hökumət proqramında deyilir.

Proqramda 2024-cü ildə kredit faizlərinin subsidiyalaşdırılması proqramı çərçivəsində 400-dən çox yeni layihənin dəstəklənməsinin nəzərdə tutulduğu, bunun nəticəsində 500 milyon lariyə qədər kreditin və 700 milyon lari investisiyanın səfərbər ediləcəyi qeyd olunur.

Bundan əlavə, sənəddə oxuyuruq ki, kredit zəmanəti sxemi çərçivəsində dəstək davam edəcək və 2024-cü il ərzində sxemdən 250 lahiyə faydalanacaq və 200 milyon lariyə qədər investisiya həyata keçiriləcək.

"Mikro və daha kiçik sahibkarlığın rəqabət qabiliyyətinin təşviqi baxımından 2024-cü ildə mikrokreditləri dəstəkləyəcək yeni proqramın icrasına başlanması planlaşdırılır. Sözügedən təşəbbüs mikro bizneslərin öz istehsallarını genişləndirə/inkişaf edə bilməsi üçün 50.000 lariyə qədər kreditlərin təşviqini nəzərdə tutur. 2024-cü ildə 500-ə qədər sahibkarın dəstəklənməsi planlaşdırılır”, - proqramda deyilir.

Gürcüstan hökumətinə etimad bəyannaməsi məsələsinin və hökumət proqramının müzakirəsi fevralın 5-də komitələrdə başlayacaq, fevralın 8-də isə proses plenar iclasa keçəcək.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər