Gömrükdə bəyan edilməmiş siqaretin ölkə sərhədindən keçirilməsinin qarşısı alınıb
“Sadaxlı-Avtomobil” gömrük-keçid məntəqəsində külli miqdarda bəyan edilməmiş siqaretin qanun pozuntusu ilə ölkə sərhədindən keçirilməsinə cəhd faktının qarşısı alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində tütün məmulatlarının aşkarlanması üzrə təlim keçmiş kinoloq və xidməti itlə birgə aparılan müfəssəl yoxlama nəticəsində, əcnəbi vətəndaşın idarə etdiyi avtomobildən şübhələndiyi üçün xüsusi düzəldilmiş gizlin yerdən ümumilikdə 10 000 ədəd bəyan edilməmiş siqaretlər aşkar edilib.
İş materialları əlavə cavab verilməsi üçün Maliyyə Nazirliyinin İstintaq xidmətinə təhvil verilib.


