Aytac Şahmarovanın anasının məhkəmə zalında halı pisləşib
14 yaşlı Aytac Şahmarovanın qəsdən öldürülməsi ilə bağlı məhkəmə prosesində onun anası və dayısı dindirilir.
InterPress.ge-nin xəbərinə görə, məhkəmə zamanı Aytac Şahmarovanın anasının halı pisləşib və təcili tibbi yardım çağırılması zəruri olub.
Qətldə təqsirləndirilən Alim Sadıqovun atası da ifadə verməyə çağırılıb.
"Alim ölsün, 14 yaşlı qızımı zorla əlimdən aldı", - Yeganə Məhərrəmova şahidə belə müraciət edib, bundan sonra onun halı pisləşib, məhkəməyə təcili yardım çağırılıb və fasilə elan edilib.
Bundan əvvəl Aytac Şahmarovanın təhsil aldığı məktəbin direktoru məhkəmədə ifadə verib.
Direktor Qamət İsmayılovun sözlərinə görə, qız sentyabr ayından 9-cu sinifdə oxuyandan ümumiyyətlə məktəbə getməyib.
Onun sözlərinə görə, valideyn məktəbə gəlib və bildirib ki, Aytac Şahmarova rayona getdiyi üçün 2-3 günə məktəbə gələcək.
Qətlə yetirilən Aytac Şahmarovanın anası və dayısı prokurorluğun irəli sürdüyü ittihamları qəbul etməyib.
Onların izahatına görə, qız heç bir məcburiyyət olmadan öz istəyi ilə ailə qurub.


