01 
Fev
2024
23:34
674

Tbilisidə ölümlə nəticələnən yol qəzası baş verib

Tbilisinin Orxevi qəsəbəsində baş verən yol qəzasında 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
 

InterPress.ge xəbər verir ki, qəzanın yaranmasına səbəb iki avtomobilin bir-biri ilə toqquşması olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı (yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarını pozma) maddəsi ilə araşdırma başlanılıb.

Hələlik əlavə təfərrüatlar məlum deyil.

Bizimlə əlaqə saxlayın