30 
Yan
2024
12:40
536

Rusiyadan gətirilən 20 tondan artıq kartof ölkəyə buraxılmayıb

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Kazbegi” gömrük-keçid məntəqəsində Rusiyadan gələn kartof yüklü yük maşını ölkəyə buraxılmayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Nümunələrdən götürülən laborator analiz zamanı 20,91 ton kartofda zərərli orqanizmlərin olması təsdiqlənib.

Gürcüstan hökumətinin 20 sentyabr 2019-cu il tarixli 463 saylı qərarına əsasən, qeyd olunan mallar ixrac edən ölkəyə qaytarılıb.

Bizimlə əlaqə saxlayın