Prokurorluq kənd dövlət məktəblərindən birinin müəllimini təqib faktında ittiham edib
Gürcüstan Prokurorluğu Tercola bələdiyyəsinin kənd dövlət məktəblərindən birinin müəllimini təqib faktında ittiham edib.
InterPress.ge xəbər verir ki, Prokurorluğun məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 2021-2023-cü illər ərzində Tercola bələdiyyəsinin kəndlərindən birində dövlət məktəbi müəllimi öz həmkarı ilə sistemli şəkildə arzuolunmaz ünsiyyət qurub.
Xüsusilə, təqsirləndirilən şəxs israrla zərərçəkmişdən cinsi əlaqədə olmağı tələb edib və qəti şəkildə imtina etməsinə baxmayaraq, onunla yaxınlaşmağa cəhd etməyə davam edib. Zərərçəkmiş adi həyat tərzini əhəmiyyətli dərəcədə dəyişməyə və işdən uzun müddət ödənişsiz məzuniyyətə çıxmaq qərarına gəlməyə məcbur olub.
Prokurorluq həbs qətimkan tədbiri kimi - azadlıqdan məhrum etmə növündə cəza tətbiq etmək və təqsirləndirilən şəxsin qanunla müəyyən edilmiş müddətdə tutduğu vəzifədən kənarlaşdırılması barədə məhkəməyə müraciət edəcək.
Həmçinin, baş vermiş hadisənin öyrənilməsi və müvafiq qanuni tədbirlərin görülməsi üçün prokurorluq Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin müvafiq resurs mərkəzinə müraciət edir.


