InterPresss.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, Mleta-Qudauri və Qudauri-Kobi hissələrində nəqliyyatın hərəkəti dayanmadan, Qudauri-Kobi hissəsində isə yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.
Sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş, 22-dən çox oturacaq yeri olan (sürücü oturacağı istisna olmaqla) M3 kateqoriyalı nəqliyyat vasitələrinin, qoşqu və yarımqoşquların hərəkəti birtərəfli qaydada həyata keçiriləcək.
