28 
Yan
2024
18:40
405

GAİM-də “Gənclər Forumu" keçirilib

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində(GAİM) “Gənclər Forumu" keçirilib.

InterPress.ge xəbər verir ki, tədbirin açılışını GAİM-in icraçı direktoru Murad Muradov edib.

GAİM-in  təşəbbüsü ilə baş tutan tədbirdə 
CEAC-ın rəhbəri Rəşan Ziadəliyev; QHİM-in rəhbəri Rezo Həsənov; Hüquqşünas, vəkil Edda Qocayeva; Ziraat Bank- büdcə və xəzinə mütəxəssisi Raznahan Hümbətov;  Algeti İcma mərkəzinin rəhbəri Ayşən Qızbəsova; Marneuli İctimai kollecinin meneceri Ləman Gərəgova; GTU-nun professoru Emiliya Alaverdova və Ağaməmmədli İcma Mərkəzinin rəhbəri Zakir Eyvazov çıxış edib.

Tədbirdə gənclərin ictimai fəallığı və onların aktivliyi, qızların ictimai işlərdə fəallığının önəmi,  gənclərin peşə seçimi, həmçinin orta və ali təhsil mövzularında çıxışlar olub.


 

Bizimlə əlaqə saxlayın