26 
Yan
2024
14:00
774

18 yaşlı gəncin qətlində təqsirləndirilən şəxs saxlanılıb

Tbilisinin Orbeliani meydanında 20 yaşlı Nikita Aqiyevin qətli ilə bağlı 18 yaşlı gənc saxlanılıb.

InterPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs mübahisə zamanı 20 yaşlı oğlana soyuq silahla ölümcül xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 2005-ci il təvəllüdlü S.P.-ni qəsdən adam öldürmə maddəsi ilə saxlayıblar.

Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs bu il yanvarın 25-də Tbilisi şəhərində 2003-cü il təvəllüdlü N.A.-ya qarşılıqlı mübahisə zəminində ölümcül xəsarətlər yetirib, bundan sonra o, həmin yerdən qaçaraq gizlənib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxs cinayət törədildikdən bir neçə saat sonra yaxalanıb.

Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın