25 
Yan
2024
12:30
372

Ötən il ərzində ölkədə 4000-dən çox vətəndaşın narkotik aludəçisi olduğu təsdiqlənib

2023-cü ildə Daxili İşlər Nazirliyinin Ekspert-Kriminal Baş İdarəsinin Narkotiklərlə Mübarizə Xidməti tərəfindən narkotik vasitələrin təsiri altında olmaq üzrə 5492 nəfər yoxlanılıb, onlardan 4023 nəfərin narkotik istifadəçisi olduğu müəyyən edilib.

InterPress.ge xəbər verir ki, bu, Daxili İşlər Nazirliyinin saytında dərc olunan statistik məlumatda əksini tapıb.

Narkomaniyaya görə yoxlanılanların 5338-i kişilərdir, onlardan 3970 nəfərdə müsbət nəticə qeydə alınıb; 154 qadından isə 53-də narkotik aludəçiliyi təsdiqlənib.

Ötən il narkomaniyaya görə yoxlanılan şəxslərdən 17-si yetkinlik yaşına çatmayanlar olub, onlardan 10-nun narkoman olduğu təsdiqlənib.

Statistikaya görə, narkomaniyadan yoxlanışdan keçən 3278 nəfər 25-44 yaş kateqoriyasında olub - 2393 kişi və 34 qadında müsbət nəticə qeydə alınıb. Qeyd olunan dövrdə 60 yaşdan yuxarı 155 vətəndaş narkomaniya testindən keçib, onlardan 72 nəfərin narkotik aludəçisi olduğu təsdiqlənib.

Bizimlə əlaqə saxlayın