Qiorqi Amilaxvari ADA Universitetinin rektoru Hazif Paşayevlə işgüzar görüş keçirib
Gürcüstanın təhsil, elm və gənclər naziri Qiorqi Amilaxvari nümayəndə heyəti ilə birlikdə Azərbaycanın paytaxtı Bakıda işgüzar səfərdədir.
InterPress.ge xəbər verir ki, bu barədə Təhsil və Elm Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində nazir Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) rektoru Hafiz Paşayevlə işgüzar görüş keçirib.
“Tərəflər Gürcüstanın ali təhsil müəssisələri ilə Azərbaycan Diplomatik Akademiyası arasında əlaqələrin gücləndirilməsi və birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Giorgi Amilaxvar səmərəli tərəfdaşlığa görə Hazif Paşayevə təşəkkür edib.
Qeyd edək ki, ötən il Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti və Kutaisi Beynəlxalq Universiteti arasında təhsil və mədəniyyət sahəsində əlaqələrin dərinləşdirilməsi məqsədilə Azərbaycan Diplomatik Akademiyası ilə əməkdaşlıq memorandumu imzalanıb.
Əməkdaşlıq çərçivəsində həm professor-müəllim heyətinin, həm də tələbələrin iştirakı ilə birgə mübadilə proqramlarının, tədqiqat layihələrinin və peşəkar təlimlərin təşkili nəzərdə tutulur. Bundan əlavə, memorandum müxtəlif seminarların, konfransların və mədəni proqramların həyata keçirilməsinə dəstək nəzərdə tutur.
Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) rektoru Qiorqi Amilaxvariyə sıx əməkdaşlığa görə təşəkkür edib və mövcud tərəfdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bildirib.
Görüşdə Gürcüstanın təhsil, elm və gənclər nazirinin birinci müavini Aleksandre Tsuladze, müavini Nodar Papukaşvili, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Jaba Samushia, Gürcüstan Texniki Universitetinin rektoru Davit Qurgenidze və Kutaisi Beynəlxalq Universitetinin rektoru Aleksandre Tevzadze iştirak ediblər.


