Gürcüstan və Səudiyyə Ərəbistanı Krallığı arasında hökumətlərarası koordinasiya şurasının yaradılması ilə bağlı saziş imzalanıb
Xarici işlər naziri İliya Darçiaşvilinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Gürcüstan və Səudiyyə Ərəbistanı Krallığı arasında hökumətlərarası koordinasiya şurasının yaradılması ilə bağlı saziş imzalanıb.
InterPress.ge xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyim məlumatına görə, sazişi Gürcüstan tərəfdən xarici işlər naziri İliya Darçiaşvili, Səudiyyə Ərəbistanı tərəfdən isə Xarici İşlər Nazirliyinin rəhbəri şahzadə Feysəl bin Fərhan imzalayıb.
“Razılaşmaya əsasən, hökumətlərarası komissiyanın iclasları müntəzəm xarakter daşıyacaq. Bundan əlavə, qeyd olunan sənəddə ümumi maraq doğuran məsələlər üzrə işçi qrupların yaradılması nəzərdə tutulur ki, onlar vaxtaşırı görüşlər və məsləhətləşmələr keçirəcəklər.
Sənəd ölkələr arasında siyasi və iqtisadi istiqamətdə əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcək və iki ölkə arasında mövcud münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxaracaq.
Qeyd edək ki, iki ölkə arasında birgə hökumətlərarası komissiyanın yaradılması 2022-ci ildə Gürcüstanın baş nazirinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində İrakli Qaribaşvili ilə Səudiyyə Ərəbistanı Krallığının Baş Naziri Əlahəzrət Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud arasında keçirilən görüşdə qərara alınıb"- məlumatda bildirilib.


