24 
Yan
2024
11:07
382

Gürcüstanlı dənizçilər 34 nəfəri xilas ediblər

Gürcü dənizçiləri 34 nəfəri xilas ediblər.

InterPress.ge xəbər verir ki, bununla bağlı Dəniz Nəqliyyatı Agentliyi məlumat yayıb.

Məlumata görə, yanvarın 20-də gecə saatlarında Krit adasının xilasetmə xidməti Aralıq dənizində üzən “Lider Halil” gəmisi ilə əlaqə saxlayıb və onların yaxınlığında miqrant qayığında iyirmi beş nəfərin olduğu barədə məlumat verib və köməyə ehtiyacı olduqlarını bildirib. 

3 saat (20:00-23:00) davam edən axtarış-xilasetmə əməliyyatı gürcü kapitanı Vaja Canqveladzenin komandanlığı ilə başlayıb.

Ekipajın peşəkarlığı və səyi nəticəsində 34 nəfər ölümdən xilas olub.

Qeyd edək ki, 14 ekipaj üzvündən üçü gürcü dənizçiləridir: kapitan Vaja Canqveladze, baş köməkçi Rodam Putkaradze və ikinci mühəndis Civan Qurqenidze.

Bizimlə əlaqə saxlayın