24 
Yan
2024
10:59
325

Külli miqdarda qızıl-zinət əşyalarının gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb

Maliyyə Nazirliyinin İstintaq Xidməti əməkdaşlarının Gəlirlər Xidmətinin Gömrük Departamenti ilə razılaşdırmaqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xüsusilə külli miqdarda malı qanunsuz olaraq Gürcüstan sərhədindən keçirməyə cəhdlə bağlı xarici ölkə vətəndaşı tutulub. 

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı İstintaq Xidməti yayıb.

Qurumdan verilən məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs “Sarp” gömrük-keçid məntəqəsindən dəyəri 128 159 lari olan 1237 qram qızıl-zinət əşyalarını Gürcüstanın gömrük sərhədindən keçirməyə çalışıb. 

“İşin istintaqı Cinayət Məcəlləsinin beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan 214-cü maddəsinin 2-ci hissəsi ilə davam etdirilir”, - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın