23 
Yan
2024
15:15
843

TƏCİLİ - Tbilisidə vəziyyət gərginləşib

Milli İcra Bürosu Tbilisinin Kekelidze küçəsindəki köçürülmə prosesi ilə bağlı bəyanat yayıb.

InterPress.ge xəbər verir ki, bəyanatda mənzildə olan şəxslərin prosesi pozmaq üçün xilasetmə xidməti və mühafizə polisinin üzərinə bibər qazından istifadə etdiyi və bir neçə polis əməkdaşının yaralandığı bildirilir.

Həmçinin onların verdiyi məlumata görə, mühafizə polisinin əməkdaşları xəsarət alıb, dövlət əmlakına ziyan dəyib.

Milli İcra Bürosunun məlumatına görə, 6 il ərzində icra polisi tərəfindən köçürülmə prosesi 5 dəfə təxirə salınıb. Onların məlumatlarına görə, kreditor borcluya alternativ yaşayış sahəsi təklif edib, borclu isə bundan imtina edib.

"Milli İcra Bürosu köçürülmə prosesini qanuna tam uyğun olaraq həyata keçirir. Vətəndaşları polisin qanuni tələblərinə tabe olmağa çağırırıq”, - deyə məlumatda bildirilir.

Məlumat üçün bildirək ki, Tbilisidə, Kekelidze küçəsində Milli İcra Bürosunun əməkdaşları səs-küy və etirazlar fonunda ailəni evlərindən çıxarıblar.

Bizimlə əlaqə saxlayın