“Oğru dünyası” ilə əlaqəsi olan 5 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyi “oğru dünyası” ilə əlaqəsi olan 5 nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumdan verilən məlumata görə, iş üzrə aparılan kompleks istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər müxtəlif cinayət əməllərində fəal iştirak ediblər.
Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin əməkdaşları hakimin qərarı ilə Tbilisi və İmeretidə eyni vaxtda həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 5 nəfəri saxlayıblar.
Cinayətlər 10 ilə qədər həbslə cəzalandırılır.
Polis şübhəlilərin şəxsi və yaşayış evlərində apardığı axtarışlar nəticəsində onların bir-biri ilə əlaqə saxladıqları mobil telefonları dəlil kimi götürüb.
“Oğru dünyası”na üzv olmaq, “oğru toplantısında iştirak etmək”, “oğru dünyası”nın fəaliyyətinə dəstək vermək, “oğru dünyası” üzvünə müraciət etmək, qrup halında hədə-qorxu ilə pul tələb etmək və qrup şəklində hədə-qorxu ilə tələb etmədə iştirak faktları üzrə istintaq aparılır.


