23 
Yan
2024
11:19
1220

Sosial şəbəkədə tanış olduğu azyaşlı qızdan zorla cinsi məzmunlu şəkillər tələb edən şəxs saxlanıldı

Xüsusi İstintaq Xidmətinin əməkdaşları 2000-ci il təvəllüdlü azyaşlı qızın şəxsi həyatına müdaxilə faktı üzrə Q.B.-ni saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Xüsusi İstintaq Xidməti yayıb.

Qurumun yaydığı məlumatda qeyd olunub ki, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 2023-cü ilin sentyabrında 13 yaşlı qızla sosial şəbəkə vasitəsilə tanış olub və o, Facebook-da danışarkən ondan çılpaq fotolarını/videolarını çəkməsini istəyib, əks halda ona məktəbin yanına gələrək fiziki şiddət göstərəcəyini bildirib.

Qorxmuş azyaşlı yuxarıda adıçəkilən şəxsə intim məzmunlu foto və video görüntülər göndərib. Bundan sonra təqsirləndirilən şəxs həmin görüntüləri anasına və yaxınlarına yayacağı ilə hədələyərək azyaşlını əlavə foto və video material göndərməyə məcbur edib. Həmçinin, təqsirləndirilən şəxs yetkin olmayan şəxsi diş fırçasından istifadə edərək cinsi xarakterli müxtəlif hərəkətlər etməyə məcbur edib və bunu göstərən görüntüləri ona göndərməsini tələb edib.

13 yaşlı azyaşlının anası hadisədən xəbər tutandan sonra kömək və cinayətin qarşısını almaq üçün Xüsusi İstintaq Xidmətinə müraciət edib.

Qısa müddətdə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Xüsusi İstintaq Xidmətinin əməkdaşları tərəfindən təqsirləndirilən Q.B. saxlanılıb və şəxsi axtarışı zamanı onun mobil telefonundan azyaşlının intim məzmunlu foto/video materialı aşkar edilib.

Gürcüstan Prokurorluğu onu şəxsi həyatının sirrini pozmaqda, seksual xarakterli hərəkətlərə məcbur etmək və əxlaqsız hərəkətlərlə bağlı ittiham edib və barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət 15 ilə qədər həbslə cəzalandırılır.

Xüsusi İstintaq Xidməti şəxsi həyata müdaxilə etməklə bağlı daha bir fakt aşkar edib və 1987-ci il təvəllüdlü O.A.-nı saxlayıb.

İstintaq müəyyən edib ki, Axaltsixe bələdiyyəsində yaşayan 1987-ci il təvəllüdlü O.A. keçmiş həyat yoldaşının mobil telefonunu götürərək zərərçəkmişin şəxsi həyatına aid intim fotoları öz mobil telefonuna köçürüb. Bundan sonra keçmiş həyat yoldaşı ilə fikir ayrılığı səbəbindən intiqam üçün intim məzmunlu fotoları zərərçəkənin yaxınlarına Whatsapp vasitəsilə göndərib.

Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xüsusi İstintaq Xidməti şəxsi həyatın toxunulmazlığının pozulması hallarının qarşısının alınması və cinayətdə ifşa olunmuş şəxslərin müəyyən edilməsi istiqamətində mübarizəni fəal şəkildə davam etdirir.

Xüsusi İstintaq Xidməti tərəfindən cəmiyyətin, xüsusilə də azyaşlıların maarifləndirilməsi və onların şəxsi həyatının qorunması məqsədilə məktəblərdə məlumatlandırıcı görüşlər keçirilir.

Bizimlə əlaqə saxlayın