Azyaşlı qıza təcavüz edən şəxs barəsində həbs-qətimkan tədbiri seçildi
Gürcüstan Prokurorluğu bir nəfərə qarşı 13 yaşlı azyaşlının zorlanmasına görə ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
Qurumdan verilən məlumata görə, prokurorluq qanunla müəyyən edilmiş müddət ərzində həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edəcək.
Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, yanvarın 18-də təqsirləndirilən şəxs Qurcaani rayonunun Cimiti kəndində yerləşən fermanın ərazisində 13 yaşlı azyaşlıya təcavüz edib.
O, Cinayət Məcəlləsinin 137-ci maddəsinin 4-cü hissəsinin "Q" bəndi ilə ittiham olunub, bunun üçün 15 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulur.


