Yanvar ayının sonunadək ölkə ərazisində gözlənilən hava şəraiti açıqlandı
Ayın sonuna kimi Gürcüstanda hava şəraiti pisləşəcək. Dağlıq rayonlarda güclü qar yağacağı gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlaşdırma şöbəsinin rəhbəri məlum verib.
“Gürcüstan ərazisinə arktik soyuq hava kütlələri yayılır. Ölkənin dağlıq rayonlarına güclü qar yağacağı gözlənilir. Şərqi Gürcüstanda sabahdan hər yerə qar yağacaq, paytaxtda da qar yağacağını gözləyirik. Yanvarın 24-də hava nisbətən açıq olacaq, lakin soyuq hava davam edəcək. 25-26-da şaxta daha da güclənəcək. Ayın 27-dən ayın sonuna kimi soyuq və yağışlı hava şəraiti davam edəcək.
25-26 yanvar tarixlərində Şida Kartlidə -9 dərəcə şaxta olacaq. Tbilisi və Kaxetidə temperatur -3-4 dərəcə olacaq. Gün ərzində şaxta daha da güclənəcək”,- Svetlana Nioridze deyib.


