22 
Yan
2024
12:25
404

Gürcüstanda sığınacaq axtaran xarici ölkə vətəndaşlarının sayı açıqlandı

Ötən ilin son üç ayının məlumatına görə, Gürcüstanda 316 nəfər sığınacaq axtaran şəxs kimi qeydiyyatdadır ki, onlardan da ən çoxu - 61 nəfər İran, 50 nəfər Türkiyə, 31 nəfər Ukrayna, 29 nəfər Pakistan, 16 nəfər Misir, 16 nəfər Rusiya vətəndaşıdır.

InterPress.ge xəbər verir ki, bu, Daxili İşlər Nazirliyinin statistik məlumatlarında qeyd olunub.

Sığınacaq axtaranlar arasında Belarus, Banqladeş, Ermənistan və Əfqanıstan vətəndaşları da var.

Sığınacaq axtaran şəxslərə statusun verilməsinə gəlincə, ötən ilin son rübündə (oktyabr, noyabr, dekabr) 38 xarici ölkə vətəndaşı humanitar status alıb ki, onların da əksəriyyəti - 25-i Ukrayna, 7-si Yəmən, 5-i Suriya və 1 isə naməlum vətəndaşdır. Qaçqın statusu cəmi 2 nəfərə verilib - 1-i Tanzaniyadan, 1-i isə naməlum vətəndaşdır.

Daxili İşlər Nazirliyinin statistik məlumatına görə, qeyd olunan dövrdə 115 xarici ölkə vətəndaşına status verilməkdən imtina edilib. Onların əksəriyyəti - 36-sı İran, 18-i Türkiyə, 13-ü Livan vətəndaşıdır.

3 ayda 36 nəfər başqa ölkə vətəndaşı Gürcüstandan çıxarılıb. Onların arasında: 8 İran vətəndaşı; 5 Hindistan; 5 Azərbaycan; 5 Rusiya vətəndaşı var.

Həmin dövrdə 4-ü Türkiyə, 3-ü Azərbaycan, 2-si Rusiya, 2-si isə Hindistan vətəndaşı olmaqla, 16 nəfər xarici ölkə vətəndaşı müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdirilib;

Məlumat üçün bildirək ki, humanitar status Gürcüstan vətəndaşı olmayan və ya Gürcüstanda daimi yaşamaq icazəsi olmayan, qaçqın statusunun verilməsi şərtlərini yerinə yetirməyən və aşağıdakılardan hər hansı birinə cavab verən şəxsə verilir: zorakılıq, xarici təcavüz, işğal, daxili münaqişələr, insan hüquqlarının kütləvi şəkildə pozulması və ya ictimai asayişin əhəmiyyətli dərəcədə pozulması səbəbindən doğulduğu ölkəsini tərk etməyə məcbur olduqda; Xüsusilə, Gürcüstanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə görə onlar məcburi şəkildə öz mənşə ölkəsinə qayıda bilmədikdə və başqa ölkəyə gedə bilmədikdə; Mənşə ölkəsinə qaytarılarsa, həyatı ciddi təhlükə altında olduqda və ya hüquqları pozulduqda.

Məlumat üçün bildirək ki, humanitar status Gürcüstan vətəndaşı olmayan və ya Gürcüstanda daimi yaşamaq icazəsi olmayan, ancaq hal-hazırda Gürcüstanda olan, irqi, dini, məzhəbi, milli mənsubiyyəti, müəyyən sosial qrupa mənsubiyyəti və ya siyasi əqidəsinə görə təqib qurbanı ola biləcəyindən əsaslı qorxusu olan və bu qorxuya görə mənşə ölkəsinə qayıtmaq və ya bu ölkənin himayəsindən istifadə etmək iqtidarında olmayan şəxsdir.

 

Bizimlə əlaqə saxlayın