21 
Yan
2024
21:10
305

Qudauri- Kobi yolunda qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib

Qar və şaxta ilə əlaqədar beynəlxalq əhəmiyyətli Qudauri (post)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin məlumatında bildirilib.

Mtsxeta-Stephantsminda-Larsi avtomobil yolu ilə digər növ motorlu nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.

“Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Mleta-Qudauri və Qudauri (post)-Kobi hissələrində nəqliyyatın hərəkəti dayanmadan, Qudauri (post)-Kobi hissəsində isə yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.
Hərəkət qeyd olunan rejimdə patrul polisinin bilavasitə nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək”, - məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın