Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıbSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıb
TVCANLI

Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) qeyri-gürcüdilli məktəblərdə diskriminasiya hallarının olmasını təsdiq edib

398
Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) qeyri-gürcüdilli məktəblərdə diskriminasiya hallarının olmasını təsdiq edib
Dinləmək üçün basın

İqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayevanın sözlərinə görə azərbaycandilli məktəblərdə yaşanan problemlərlə, ayrı-seçkiliklə bağlı Gürcüstanın Xalq Müdafiəçisinə (Ombudsman) ünvanladığı müraciətlər…

İqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayevanın sözlərinə görə azərbaycandilli məktəblərdə yaşanan problemlərlə, ayrı-seçkiliklə bağlı Gürcüstanın Xalq Müdafiəçisinə (Ombudsman) ünvanladığı müraciətlər dərindən araşdırıldıqdan sonra məktəblərdə diskriminasiya halları aşkar edilib.

InterPress.ge xəbər verir ki, sözügedən halla bağlı Gürcüstanın Təhsil, Elm və Gənclər nazirliyinə bildiriş göndərilib.

“Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) etdiyim müraciətlər əsasında azərbaycandilli məktəblərdə diskriminasiya faktının olmasını qəbul etməyə məcbur oldu. Edilən müraciətlər əsasında araşdırma aparıldıqdan sonra Gürcüstanın Xalq Müdafiəçisi Levan İoselianı Təhsil, Elm və Gənclər naziri Giorgi Amilaxvariyə müraciət ünvanlayıb. Müraciətdə müəllimlərin karyera yüksəlişi imkanlarından tam faydalana bilməmələri, təcrübəçi müəllimlərin statuslarını itirmək təhlükəsi ilə üzləşdikləri, “baş müəllim”, “aparıcı müəllim” və “mentor müəllim” statuslarının əldə edilməsi ilə bağlı yaşanan çətinliklər, azərbayandilli məktəblərdə çalışan müəllimlərin maaş artımından tam faydalana bilməmələri və bunun müəllimlərin motivasiyalarına əks təsiri, yaşlı müəllimlərin üzləşdikləri çətinliklər, eləcə də qeyri-gürcüdilli məktəblərin müəllimlərinin gürcüdilli məktəblərin müəllimləri ilə müqayisədə bərabər imkanlardan yararlana bilməmələri qeyd edilib.” – deyə Aygül İsayeva bildirib.

Aygül İsayevanın sözlərinə görə dövlət qurumlarına ünvanladığı müraciətlərdə ibtidai sinif müəllimlərinin, eləcə də inklüziv təhsil sistemində çalışan xüsusi müəllimlərin üzləşdiyi problemlər, həmçinin gürcü və qeyri-gürcüdilli məktəblər arasındakı kəskin fərq də əks etdirilib.

Qeyd edək ki, Gürcüstan dövlətinin “Diskriminasiyanın bütün formalarının ləğvi haqqında” qanununun 6-cı maddəsinə uyğun olaraq Gürcüstanın Xalq Müdafiəçisi diskiriminasiya hallaırnın aşkar edildiyi halda aidiyyəti qurum və şəxslərə ayrı-seçkiliyin qarşısının alınması və ona qarşı mübarizə məsələləri ilə bağlı ümumi təkliflər hazırlayıb göndərir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbSon xəbərlərə bax →