Sankt-Peterburqda 15 yaşlı gürcü reper saxlanılıb
15 yaşlı gürcü reper Baby Melo (Qoqa Meladze) Sankt-Peterburqda konsertindən sonra saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Məlumata görə, yanvarın 20-də “Nəhəng zal”da sərxoş vəziyyətdə olan gənclərin ictimai asayişi pozması, ucadan və ədəbsiz danışması ilə bağlı polisə müraciət daxil olub.
İş materiallarından aydın olur ki, 15-18 yaş arası 23 nəfər saxlanılıb. Onlar qadağan olunmuş yerlərdə spirtli içkilərdən istifadə etməkdə, yetkinlik yaşına çatmayanları sərxoş etməkdə, spirtli içkilər və tərkibində spirt olan məhsullardan istifadə etməkdə, xırda xuliqanlıqda ittiham olunurlar.
Sorğudan sonra bütün yeniyetmələr valideynlərinə təhvil verilib. Onlardan biri üçün heç kim gəlməyib və onlar yetkinlik yaşına çatmayanlar üçün təcridxanaya köçürülüblər.
Digər təfərrüatlar hələlik məlum deyil.


