Azyaşlıya cinsi təcavüz edən şəxsi bıçaqlayan qohumuna hökm oxunub
Kaxetidə azyaşlıya cinsi təcavüz edən şəxsi yaraladığına görə saxlanılan 35 yaşlı şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
InterPress.ge xəbər verir ki, qərar bir müddət əvvəl Sığnaqi rayon məhkəməsində elan edilib.
Saxlanılan şəxs barəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə istintaq davam etdirilir.
Məhkəmə zamanı müdafiə tərəfi himayəsində olan şəxsin kürəkənini öldürmək niyyətində olmadığını və qəsdən soyuq silah almadığını əsas gətirərək 20 min lari girov tələb edib.
Üstəlik, vəkil deyir ki, saxlanılan şəxs cinayəti etiraf edir, baxmayaraq ki, niyyət hissəsini qəbul etmir, çünki cinayəti törədəndən sonra polisə təslim olub.
Prokuror azadlıqdan məhrum etmə ilə bağlı vəsatətdə əsas kimi təqsirləndirilən şəxsin yenidən cinayət törətməsi, şahidlərə təsir göstərməsi, sübutları məhv etməsi və gizlətməsi təhlükəsini qeyd edib. Hakim bunu nəzərə alıb və şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
Xatırladırıq ki, Kaxetidə zorlama ittihamı ilə bir nəfər saxlanılıb. Məlumata görə, 12 yaşlı qız atasının bacısının əri tərəfindən zorlanıb. Azyaşlının qohumu hadisədən xəbər tutandan sonra zorakılıq edən şəxsi bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağırdır.


