Qəzza zolağında ölənlərin sayı 24 927 nəfərə çatıb
InterPress.ge xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
HƏMAS-ın nəzarətində olan Qəzzada Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzada ölənlərin sayı 24 min 927, yaralıların sayı isə 62 min 388 nəfərə çatıb.
Qəzza Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib ki, son 24 saat ərzində Qəzzada 165 nəfər ölüb, 280 nəfər yaralanıb.
