18 
Yan
2024
12:00
1677

Gürcüstanda ən çox hansı pul köçürmə sistemlərindən istifadə olunur?

Gürcüstandan xarici ölkələrə ən çox pul köçürmələri “Zolotaya Korona” vasitəsilə həyata keçirilir. 

InterPress.ge xəbər verir ki, Milli Bankın saytında yerləşdirilən statistik məlumatlara görə, 2023-cü ildə “Zolotaya Korona” vasitəsilə ölkədən 99 623,9 min dollar köçürülüb ki, bu da ümumi köçürmələrin 28%-ni təşkil edir.

2023-cü ildə 2022-ci illə müqayisədə “Zolotaya Korona” vasitəsilə köçürülən vəsaitlərin ümumi həcmi 4% azalıb. 2022-ci ildə qeyd olunan sistemlə Gürcüstandan xaricə 103 675,5 min lari göndərilib.

2023-cü ildə “Zolotaya Korona” vasitəsilə Gürcüstandan Rusiyaya böyük məbləğdə pul köçürülüb. Söhbət ümumilikdə Rusiyaya qeyd olunan sistem üzrə 29 084,7 min ABŞ dollarının transferindən gedir ki, bu da “Zolotaya Korona” vasitəsilə həyata keçirilən köçürmələrin 29%-ni təşkil edir.

Western Union ölkədən köçürmələrin həcminə görə ikinci yerdədir. Qeyd olunan ödəniş sistemi vasitəsilə 2023-cü ildə ümumilikdə 90 650,6 min ABŞ dolları köçürülüb ki, bu da ümumi köçürmələrin 25%-ni təşkil edir. Üçüncü yeri transferlərin 14%-ni təşkil edən Ria tutur. 2023-cü ildə Ria vasitəsilə ölkədən 48 766,4 min ABŞ dolları göndərilib.

Əgər “Zolotaya Korona” və “Western Union”da 2023-cü ildə transferlərin həcmi azalıbsa, bunun əvəzinə Ria vasitəsilə transferlərdə artım var. Mövcud statistikaya görə, 2023-cü ildə Ria vasitəsilə ölkədən 21%-dən çox pul göndərilib.

Intel Express vasitəsilə edilən köçürmələrdə də illik müqayisədə 15% artım var. 2023-cü il ərzində “Intel Express” vasitəsilə 34 142,0 min ABŞ dolları, 2022-ci il ərzində isə 29 802,2 min ABŞ dolları köçürülüb. 2023-cü ildə Intel Express vasitəsilə edilən köçürmələr ümumi köçürmələrin 10%-ni təşkil edir.

Qeyd edək ki, 2023-cü ildə ölkədən 355 934,4 min ABŞ dolları transfer edilib.

 

Bizimlə əlaqə saxlayın