Qudauri (post) - Kobi yolunda qoşqu və yarımqoşquların hərəkəti bərpa edilib
Aparılan təmizləmə işləri nəticəsində Beynəlxalq əhəmiyyətli Stefantsminda-Larsi avtomobil yolunun Mtsxetanın Qudauri (Poçt)-Kobi hissəsində qoşqu və yarımqoşquların hərəkəti bərpa olunub.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin məlumatında bildirilib.
“Mleta-Qudauri və Qudauri (Post)-Kobi hissələrində nəqliyyatın hərəkəti dayanmadan, Qudauri (Post)-Kobi hissəsində isə yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.
Bundan əlavə, tunellərdə qoşqu, yarımqoşqu və tutumu 30-dan çox olan avtobusların hərəkəti birtərəfli həyata keçiriləcək.
Hərəkət qeyd olunan rejimdə patrul polisinin bilavasitə nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək”, - məlumatda qeyd olunur.


