15 
Yan
2024
15:06
522

Xroniki xəstəliklərin müalicəsi üçün dərmanların proqramı genişlənir

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin iclası keçirilib.

InterPress.ge xəbər verir ki, Nazirlər Kabinetinin üzvləri gündəliyə daxil olan 9 məsələni müzakirə ediblər.

İclasda qəbul edilən qərara əsasən, xroniki xəstəliklərin müalicəsi üçün dərman preparatları proqramı genişləndirilir.

O cümlədən, yanvarın 15-dən müvafiq kateqoriyaya və ya statusa malik vətəndaşlar qlaukoma dərmanlarını ilboyu tam maliyyələşdirilməklə alacaqlar.

Bundan əlavə, müvafiq kateqoriyadan olan benefisiarlar il ərzində tam maliyyələşdiriləcək: xroniki ürək-damar, ağciyər, tiroid xəstəlikləri; diabet (tip 2); Parkinson və epilepsiya üçün dərmanlar.

Universal səhiyyə proqramına daxil olan yeniliklər sosial cəhətdən həssas qruplara (reytinq balı 100.000 -dən çox olmayan), pensiyaçılara, veteranlara, əlilliyi olan şəxslərə (əlil uşaqlar, ağır və ya ciddi sağlamlıq imkanları məhdud şəxslər) və Gürcüstanın işğal olunmuş əraziləri ilə bölücü xəttə yaxın kəndlərdə yaşayan əhaliyə aiddir.

Bizimlə əlaqə saxlayın