12 
Avq
2020
09:34
2220

Mərkəz rəhbəri toyların kütləvi keçirilməsinə sərt münasibət bildirdi

"300-500 nəfərlik süfrələrin açılması və toylar lazım deyil".

InterPress.ge xəbər verir ki, bu haqda xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze Mestia bələdiyyəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun bildirdiyinə görə, ictimaiyyət arasında koronavirusu məğlub etdiyimizə dair illüziyalar mövcuddur lakin bu düzgün deyil.

"300 - 500 nəfərlik süfrə açmaq və ya toy etmək olmazı xalqa başa salmaq çətindir. Pandemiya yox olanadək bütün bunlar qadağan olunmuş olmalıdır. Dünyada hər gün koronavirusun halları artır. Hər gün 250 mindən çox artım müşahidə olunur. Ümumi sayda yoluxma halı dünya miqyası ilə 20 milyonu ötüb. Gürcüstan da dünyanın bir hissəsidir və covidi yalnız Gürcüstan məğlub edə bilməz. İllüziya mövcuddur ki, biz kovidi məğlub etmişik, xeyr bu düz deyil ", - deyə Amiran Qamğrelidze qeyd edib.

Bizimlə əlaqə saxlayın