Axmaci kəndi yaxınlığında Gürcüstan vətəndaşı qanunsuz olaraq saxlanılıb
Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altında olan Axmaci kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qurumun yaydığı məlumata görə, sözügedən hadisə ilə bağlı məlumat daxil olan kimi Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i aktivləşdirib.
“Daha bir qanunsuz həbs faktı ilə bağlı məlumat dərhal Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb.
Qeyri-qanuni həbs edilən Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.
Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür", - məlumatda deyilir.


