15 
Yan
2024
09:44
251

Baş infeksionist: "Ölkədə qripin sürətlə yayılması ilə əlaqədar xəstəxanalarda yer olmadığına dair yayılan məlumatlar yalandır"

"Son zamanlar respirator infeksiyalara yoluxma halları artıb, poliklinikaların iş yükü də artıb, amma bunu dramatikləşdirməyə qətiyyən ehtiyac yoxdur, təşvişə düşəcək bir şey yoxdur - bu yalandır ki, guya xəstəxanalarda yer yoxdur".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadz bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə qripdən ölüm halları qeydə alınmayıb.

“Son vaxtlar respirator infeksiyalara yoluxma halları artıb, klinikaların da yükü artıb. Bu doğrudur, amma ayrı-ayrı ekspertlər və ya mətbuat orqanları ölkədə “dramatik vəziyyətin” olduğunu, “klinikada yer qalmayıb”, “klinikada uşaqlı valideynlərin növbəyə durduğunu” qeyd edəndə bu düzgün deyil. Obyektiv qiymətləndirməyə görə, ölkədə respirator xəstəliklərə yoluxanların sayı artıb, amma bunu dramatikləşdirməyə qətiyyən ehtiyac yoxdur, təşvişə düşəcək bir şey yoxdur. Bu artım gözlənilirdi. Son üç ildə COVID-19 üstünlük təşkil edəndə effektiv milli və qlobal cavab tədbirləri həyata keçirildiyindən respirator infeksiyalar daha az olub, bunlara maska taxmaq, ictimai toplantılardan qaçmaq, kütləvi toplantıları məhdudlaşdırmaq və s. daxil idi. Bütün bunlar respirator infeksiyaların yayılmasının qarşısını alırdı. Nəticədə son 3 ildə bütün bu infeksiyaların yayılma sürəti azalıb. Bu il COVID-19 ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldıqdan sonra respirator infeksiyaların yayılması artıb".

Onun sözlərinə görə, “xəstəxana sektorunun həddən artıq yükləndiyini söyləmək mübaliğədir”.

“Xəstəxana sektorunun iş yükü artıb, amma həddindən artıq yüklənmə yoxdur. Tam məsuliyyətimlə deyirəm ki, guya klinikalarda yer olmadığına dair yayılan məlumatlar yalandır. Ola bilsin ki, hansısa uşaq xəstəxanasında klinika bir neçə gün ərzində çox yüklənib, amma xatırladırıq ki, bir çox başqa klinikalarımız da var. Belə ki, ölkədə yataq fondunun həddindən artıq yüklənməsi yoxdur. Bizdə kifayət qədər yer var”, - Tsertsvadze qeyd edib.

Bizimlə əlaqə saxlayın